Baş təchizatçı
Vəzifə üzrə öhdəliklər:
- Satınalma prossesinin vaxtında, təsdiqlənmiş prosedurlara uyğun qaydada ən əlverişli şərtlərlə icra edilməsi;
- Şirkətin istehsalat və tikinti sahələri üçün tələb olunacaq xammal və avadanlıqların alışı, istehsalat ehtiyyatlarının hazırlanması;
- Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Təchizatçılarla (yerli və xarici) müqavilə şərtlərinin müəyyən olunması və bağlanması, icrasının nəzarətdə saxlanılması;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması), gömrük rüsumlarının ödənilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (rotasiya, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatların hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, qiymətləndirilməsi;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Alınmış malların qeydiyyatının 1C proqramında aparılmasına nəzarət edilməsi;
- Minimum anbar stokunun alışlarının icrası və ehtiyat normasının təyin edilmiş miqdarda saxlanılmasının təmin edilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə);
- Tikinti sferasında müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- 1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl səviyyədə, ingilis dili arzuolunandır;
- Məsuliyyətlilik və punktuallıq;
- Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları.
Bilməlidir:
- Təchizat və satınalma prosseslərinin ümumi prinsipləri;
- Təchizatın planlaşdırılması və təchizatçıların düzgün qiymətləndirilməsi;
- Bazarın təhlili üsulları;
- Tender prosesinin aparılması və təşkili;
- Beynəlxalq satınalma və logistika qaydaları;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması qaydaları.
İş şəraiti və təminat:
- İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);
- Korporativ nömrə ilə təmin olunma;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı müsahibə əsasında namizəd bilik və təcrübəsinə müvafiq təyin ediləcək.
Xüsusi tələblər: Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@gmco.az elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.