Baş təchizatçı
Vəzifə üzrə öhdəliklər:
- Satınalma prossesinin vaxtında, təsdiqlənmiş prosedurlara uyğun qaydada ən əlverişli şərtlərlə
icra edilməsi;
- Şirkətin istehsalat və tikinti sahələri üçün tələb olunacaq
xammal və avadanlıqların alışı, istehsalat ehtiyyatlarının hazırlanması;
- Müqavilənin
icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Təchizatçılarla
(yerli və xarici) müqavilə şərtlərinin müəyyən
olunması və bağlanması, icrasının
nəzarətdə saxlanılması;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması), gömrük rüsumlarının ödənilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (rotasiya, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatların hazırlanması;
- Bazarın
təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması,
təchizatçı bazasının hazırlanması və təhlili, qiymətləndirilməsi;
- Tender/sorğularının
hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən
məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə
nəzarət etmək;
- Alınmış
malların qeydiyyatının 1C proqramında aparılmasına nəzarət edilməsi;
- Minimum anbar
stokunun alışlarının icrası və ehtiyat normasının təyin edilmiş miqdarda
saxlanılmasının təmin edilməsi.
Tələblər:
-
Ali
təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə);
-
Tikinti
sferasında müvafiq vəzifə üzrə minimum 5 il iş
təcrübəsi;
-
1C
və MS Office proqramlarını yüksək səviyyədə bilməli;
-
Dil bilikləri: Azərbaycan və rus dili
mükəmməl səviyyədə, ingilis dili arzuolunandır;
-
Məsuliyyətlilik
və punktuallıq;
-
Planlaşdırma,
qərarvermə və problem həlletmə tezliyi;
-
Komandada
işləmək bacarığı;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları.
Bilməlidir:
- Təchizat və satınalma prosseslərinin ümumi prinsipləri;
- Təchizatın planlaşdırılması və təchizatçıların düzgün qiymətləndirilməsi;
- Bazarın təhlili üsulları;
- Tender prosesinin aparılması və təşkili;
- Beynəlxalq satınalma və logistika qaydaları;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması qaydaları.
İş şəraiti və təminat:
- İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);
- Korporativ nömrə ilə təmin olunma;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı müsahibə əsasında namizəd bilik və təcrübəsinə müvafiq təyin ediləcək.
Xüsusi tələblər: Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@gmco.az elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.