Baş təchizatçı

Baş təchizatçı


Bakı şəhəri

Vəzifə üzrə öhdəliklər:

 

-       Satınalma prossesinin vaxtında, təsdiqlənmiş  prosedurlara uyğun qaydada ən əlverişli şərtlərlə icra edilməsi;

-   Şirkətin istehsalat və tikinti sahələri üçün tələb olunacaq xammal və avadanlıqların alışı, istehsalat ehtiyyatlarının hazırlanması;

-       Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

-      Təchizatçılarla (yerli və xarici) müqavilə şərtlərinin müəyyən olunması və bağlanması, icrasının nəzarətdə saxlanılması;

-     Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması), gömrük rüsumlarının ödənilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi; 

- Təchizat sifarişlərinin idarə edilməsi (rotasiya, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

-   Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatların hazırlanması;

-   Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, qiymətləndirilməsi;

- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;

-       Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;

-       Alınmış malların qeydiyyatının 1C proqramında aparılmasına nəzarət edilməsi;

-     Minimum anbar stokunun alışlarının icrası və ehtiyat normasının təyin edilmiş miqdarda saxlanılmasının təmin edilməsi.

Tələblər:

 

-         Ali təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə);

-         Tikinti sferasında müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;

-         1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;

-         Dil bilikləri: Azərbaycan və  rus dili  mükəmməl səviyyədə, ingilis dili arzuolunandır;

-         Məsuliyyətlilik və punktuallıq;

-         Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;

-         Komandada işləmək bacarığı;

-         Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları.


Bilməlidir: 


-   Təchizat və satınalma prosseslərinin ümumi prinsipləri;  

-     Təchizatın planlaşdırılması və təchizatçıların düzgün qiymətləndirilməsi;

-   Bazarın təhlili üsulları;

-   Tender prosesinin aparılması və təşkili;

    Beynəlxalq satınalma və logistika qaydaları;

-   Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması qaydaları. 


  İş şəraiti və təminat:


-     İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);

-   Korporativ nömrə ilə təmin olunma; 

-   İş yeri: Bakı şəhəri;

-   Əmək haqqı müsahibə əsasında namizəd bilik və təcrübəsinə müvafiq təyin ediləcək.  

 

  Xüsusi tələblər: Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını  hr@gmco.az elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur. 

  Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.

 

Подать заявку сейчас


Paylaş