Sahə rəisi

Sahə rəisi


Bakı

Vəzifə üzrə öhdəliklər:

·    Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;

·       Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;

·        Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;

·        Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma №2 və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;

·        Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;

·        Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;

·        Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;

·        Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;

·        Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və  layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;

·        Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;

·        Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi. 

Vəzifəyə tələblər:

 

·               İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;


·               Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;


·                 Punktuallıq və məsuliyyət;


·                İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;


·                  Yüksək idarəetmə bacarığı;


·                 Ezamiyyətlərə hazır olmalı;


·                  Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı.


İş şəraiti və təminat:

·     İş rejimi: 6 günlük;

·    Korporativ nömrə ilə təmin olunma,

·     Əmək haqqı: müsahibə əsasında.

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını  hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.

Apply Now


Paylaş