Sahə rəisi
Vəzifə üzrə öhdəliklər:
· Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
· Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
·
Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal - materialların
müəyyən edilməsi;
·
Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə
hazırlanmış Forma №2 və digər texniki sənədlərin təsdiq edilməsinin
təmin edilməsi;
·
Layihənin icrası prosesində yaranmış hər hansısa bir
dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün
koordinasiyanın qurulması və mövcud problemin həlli;
·
Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə
yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət
edilməsi;
·
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı
firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə
nəzarət edilməsi;
·
Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının
təmin edilməsi;
·
Layihənin cari vəziyyəti haqqında hesabatların və
layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə
paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
· Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;
·
Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə
təqdim edilməsi.
Vəzifəyə tələblər:
· İnşaat mühəndisliyi (sənaye və mülki
tikinti) ixtisası üzrə ali təhsil;
· Sənaye və mülki binaların
tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
· Punktuallıq və məsuliyyət;
· İşgüzar ünsiyyət və yüksək davranış
keyfiyyətlərinə sahib olmaq;
· Yüksək idarəetmə bacarığı;
· Ezamiyyətlərə hazır
olmalı;
· Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı.
İş şəraiti və təminat:
· İş rejimi: 6 günlük;
· Korporativ nömrə ilə təmin olunma,
· Əmək haqqı: müsahibə əsasında.
Xüsusi tələblər:
Yuxarıda göstərilən
tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@gmco.az
elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın
mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.