Sahə rəisi
Vəzifə üzrə öhdəliklər:
· Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
· Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
· Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;
· Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma №2 və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
· Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
· Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
· Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
· Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
· Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
· Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;
· Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Vəzifəyə tələblər:
· İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
· Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
· Punktuallıq və məsuliyyət;
· İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
· Yüksək idarəetmə bacarığı;
· Ezamiyyətlərə hazır olmalı;
· Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı.
İş şəraiti və təminat:
· İş rejimi: 6 günlük;
· Korporativ nömrə ilə təmin olunma,
· Əmək haqqı: müsahibə əsasında.
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.