Topoqraf
Bakı
Vəzifə öhdəlikləri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması;
- Geodeziya və mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazırlanmasında tətbiq ediləcək nöqtələrin müəyyən edilməsi;
- Geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
- Əldə olunmuş məlumatların işlənməsi;
- Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak, onların əldə olunması üçün tələblərin tərtib edilməsi;
- Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office və AutoCad proqramında sərbəst işləməli;
- Topoqrafik cihaz və avadanlıqları ilə işləmə və çəkiliş bacarıqlarının olması;
- Müddətdən asılı olmayaraq ezamiyyətə hazır olmalı;
- Diqqətli və məsuliyyətli olmalı.
İş şəraiti və təminat:
· İş rejimi: 6 günlük;
· Korporativ nömrə ilə təmin olunma;
· Əmək haqqı: müsahibə əsasında.
Xüsusi tələblər: Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur. Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir. |