Topoqraf

Topoqraf


Bakı

Vəzifə öhdəlikləri:

  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması;
  • Geodeziya və mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazırlanmasında tətbiq ediləcək nöqtələrin müəyyən edilməsi;
  • Geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
  • Əldə olunmuş məlumatların işlənməsi;
  • Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak, onların əldə olunması üçün tələblərin tərtib edilməsi;
  • Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office və AutoCad proqramında sərbəst işləməli;
  • Topoqrafik cihaz və avadanlıqları ilə işləmə və çəkiliş bacarıqlarının olması;
  • Müddətdən asılı olmayaraq ezamiyyətə hazır olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.

İş şəraiti və təminat:

·   İş rejimi: 6 günlük;

·   Korporativ nömrə ilə təmin olunma;

·   Əmək haqqı: müsahibə əsasında.

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını  hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Digər namizədlərin CV- ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.

İndi müraciət et


Paylaş