Düzgün planlama və sağlam həll yolları sayəsində hər zaman layihələrin dəqiq və zamanında icrasına zəmanət veririk.
Sahənin mexaniki üsulla hazırlanması, qazıntı işlərinin təşkili, kipləşdirmə, bünövrəaltı hazırlıq işləri, üfüqi və şaquli hidroizolyasiyası, əksdoldurma və s. işlərin görülməsi.
Monolit dəmir-beton bünövrə tavası, divarlar və diafraqmalar, sütunlar, rigellər, tirlər, dib kəmərlər, pilləkən, lift şaxtası və örtük tavasının düzəldilməsi, yığma dəmir-beton atmaların quraşdırılması və s. kimi işlərin həyata keçirilməsi.
Bina daxilində interyerin - daxili qapılar, sanitar qovşaqlar, istənilən növ mebellərin quraşdırılması, daxili işıqlandırma sistemlərinin tam istifadəyə hazır vəziyyətə gəririlməsi və s. işlərin görülməsi.
Tikinti ətrafı ərazilərin asfaltlanması və yaşıllıqla örtülməsi, ərazidə yaşıllaşdırma işləri, işıqlandırmanın təmin edilməsi, uşaq meydançalarının qurulması və s.
Fasadın daş yunu ilə termoizolyasiyası. Fasadın aqlay, alkapon, keramoqranit, mərmər, qranit daşları və digər materiallarla üzlənməsi. Fasadda rəngsaz işlərinin görülməsi.
Mişar daşı, boşluqlu kərpic, qobustan daşı və digər növ daşlarla divarların hörülməsi. Divarların sement-qum məhlulu, ağdağ (dirək) və sönmüş əhəng ilə suvanması. İstənilən növ döşəmə materialları ilə döşəmə işlərinin görülməsi.
Müxtəlif materiallardan tavanın hazırlanması, tavanın, daxili divarların və döşəmənin boyanması, divar kağızlarının vurulması və digər estetik bəzək işlərinin görülməsi.
Sahə və obyekt daxilində elektrik, rabitə, su və kanalizasiya xətləri, qaz xətti və digər təyinatlı kommunikasiya xətlərinin və zəruri infrastrukturun tam şəkildə hazırlanması.
Tikinti prosesinin ilkin mərhələsi hesab edilən layihələndirməyə inşa olunacaq obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyi də nəzərə alınmaqla layihənin ilkin dizaynı, planı, fasad və perspektiv təsvirlərinin hazırlanması prosesi və s. daxildir