Baku City Residence Khatai
Ağ şəhərdə yerləşən, 3 hektar ərazidə inşa olunan və hazırda tamamlama işləri aparılan “Baku City Residence Xətai” layihəsi “GM Construction” şirkətinin ən mühüm layihələrindəndir.





Layihə haqqında
“BCR Xətai” layihəsi yüksək keyfiyyət
standartları əsasında ən müasir texnologiyalarla inşa edilmişdir. Şəhərin mərkəzində
yerşələn "Baku City Residence Olimpik" yaşayış kompleksi 4 yaşayış və
4 qeyri-yaşayış binası, yeraltı və
yerüstü avtodayanacaqlar, təhsil, idman, hovuz, əyləncə, uşaq meydançası və
istirahət mərkəzlərindən ibarətdir. Hər biri 20 mərtəbədən ibarət olan
binalardakı mənzil sayı 740-dır. Mənzillərin otaq sayı 2, 3, 4 və 5-dir.
Kompleksin tikintisində istifadə edilən
materiallar yüksək keyfiyyət standartlarına tam cavab verəcək şəkildə
hazırlanmışdır. Tikintinin hər bir mərhələsi xüsusi keyfiyyət və davamlılıq
testindən keçirilib, sertifikatlaşdırılıb. Binaların pəncərə sistemi alman
istehsalı olan xüsusi hermetik şüşələr ilə hazırlanıb. Bu da şüşələrin
qırılmazlığı və təhlükəsizliyi baxımından çox vacibdir. Qeyd edək ki, bu
materiala malik şüşə sistemi yalnız bu layihəyə daxil olan binalardadır.
BCR Olimpik Xətai yaşayış kompleksinin
tikintisi zamanı keyfiyyətli, dünya standartlarına cavab verən materialların
istifadəsi ilə yanaşı layihənin dizaynına, hər bir detalına da xüsusi diqqətlə
yanaşılıb. Zövqünüzü oxşayacaq tərzdə hazırlanmış interyer və eksteryerə malik
binalar paytaxtımızın, ən əsası da Ağ şəhərin memarlıq üslubuna gözəllik və
müasirlik qatır.