Smetaçı
Vəzifə üzrə öhdəliklər:
· Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
· Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
· Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün təkliflər hazırlamaq;
· Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
· Smeta sənədlərinin uçotunu aparmaq, smeta - maliyyə hesablamalarını sistemləşdirmək;
· Smeta qiymətləri haqqında arayışlar tərtib edir;Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarəti həyata keçirmək;
· Layihəyə dair aylıq texniki hesabatları hazırlamaq;
· Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatları yoxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
· Sahələrdən gələn texniki hesabatları yoxlamaq;
· Layihə əsasında həcmləri hesablamaq (ümumi inşaat);
· Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər etmək.
Tələblər:
· İnşaat mühəndisliyi üzrə ali təhsil;
· Müvafiq vəzifədə azı 5 il iş təcrübəsi;
· Microsoft Ofis proqramları və AutoCAD-da rahat istifadəçi;
· Analitik düşünmə qabiliyyəti və komandada işləmə bacarığı;
· Məsuliyyət və punktuallıq.
İş şəraiti və təminat:
· İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);
· Korporativ nömrə ilə təmin olunma;
· Nahar şirkət tərəfindən verilir;
· İş yeri: Baş ofis - Baku City Residence Olimpik (Heydər Əliyev pr 189);
· Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.