Smetaçı

Smetaçı


Bakı

Vəzifə üzrə öhdəliklər:


·      Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;

·    Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;

·      Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün təkliflər hazırlamaq;

·      Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;

·      Smeta sənədlərinin uçotunu aparmaq, smeta - maliyyə hesablamalarını sistemləşdirmək;

·     Smeta qiymətləri haqqında arayışlar tərtib edir;Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarəti həyata keçirmək;

·      Layihəyə dair aylıq texniki hesabatları hazırlamaq;

·     Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatları yoxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;

·      Sahələrdən gələn texniki hesabatları yoxlamaq;

·       Layihə əsasında həcmləri hesablamaq (ümumi inşaat);

·       Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər etmək.

Tələblər:

·       İnşaat mühəndisliyi üzrə ali təhsil;

·       Müvafiq vəzifədə azı 5 il iş təcrübəsi;

·       Microsoft Ofis proqramları və AutoCAD-da rahat istifadəçi;

·       Analitik düşünmə qabiliyyəti və komandada işləmə bacarığı;

·       Məsuliyyət və punktuallıq.

İş şəraiti və təminat:

·      İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);

·      Korporativ nömrə ilə təmin olunma;

·      Nahar şirkət tərəfindən verilir;

·      İş yeri: Baş ofis - Baku City Residence Olimpik (Heydər Əliyev pr 189);

·      Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını  hr@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir. 

İndi müraciət et


Paylaş