Baku City Residence
Heydər Əliyev prospekti 193 ünvanında yerləşən və tikintisi yekunlaşan, hazırda tamamlama işləri aparılan bu yaşayış kompleksi şirkətin ən mühüm layihələrindən biridir.








Layihə haqqında
Şəhərin səs-küylü hissəsindən kənarda, lakin
mərkəzə yaxın məsafədə yerşələn "Baku City Residence Olimpik" yaşayış
kompleksi Heydər Əliyev prospekti 193 ünvanında inşa edilmişdir. Kompleksin ərazisində
8 yaşayış binası, avtodayanacaqlar, təhsil, idman, əyləncə, uşaq meydançaları və
istirahət mərkəzlərindən ibarətdir. Hər biri 24 mərtəbədən ibarət olan
binalardakı mənzil sayı 784-dür. Mənzillərin otaq sayı 2, 3, 4 və 5-dir.
Kompleksin tikintisində istifadə edilən
materiallar yüksək keyfiyyət standartlarına tam cavab verəcək şəkildə
hazırlanmışdır. Tikintinin hər bir mərhələsi xüsusi keyfiyyət və davamlılıq
testindən keçirilib, sertifikatlaşdırılıb. Binaların pəncərə sistemi alman
istehsalı olan xüsusi hermetik şüşələr ilə hazırlanıb. Bu da şüşələrin
qırılmazlığı və təhlükəsizliyi baxımından çox vacibdir. Qeyd edək ki, bu
materiala malik şüşə sistemi yalnız bu layihəyə daxil olan binalardadır. Layihənin
fərqləndirici xüsusiyyətlərindən biri də binaların xüsusi izolyasiya ilə üzlənməsidir.
Bu izolyasiya ardıcıl olaraq mata, preslənmiş daş yunu, mata, tor (setka),
mata, döşəmə, çöl boyası qatlarından ibarətdir. Bundan əlavə, bloklarda istifadə
olunan keramoqranit Türkiyə istehsalıdır.
BCR Olimpik yaşayış kompleksinin tikintisi
zamanı keyfiyyətli, dünya standartlarına cavab verən materialların istifadəsi
ilə yanaşı layihənin dizaynına, hər bir detalına da xüsusi diqqətlə yanaşılıb.
Binaların dizaynı, quruluşu, kompleksdəki hər bir tikilinin rəng çalarları ümumilikdə
harmoniya təşkil edir və kompleksi vahid şəkildə cəlbedici edir. Zövqünüzü
oxşayacaq tərzdə hazırlanmış interyer və eksteryerə malik binalar paytaxtımızın
memarlıq üslubuna gözəllik qatır.