Layihə haqqında

Şəhərin səs-küylü hissəsindən kənarda, lakin mərkəzə yaxın məsafədə yerşələn "Baku City Residence Olimpik" yaşayış kompleksi Heydər Əliyev prospekti 193 ünvanında inşa edilmişdir. Kompleksin ərazisində 8 yaşayış binası, avtodayanacaqlar, təhsil, idman, əyləncə, uşaq meydançaları və istirahət mərkəzlərindən ibarətdir. Hər biri 24 mərtəbədən ibarət olan binalardakı mənzil sayı 784-dür. Mənzillərin otaq sayı 2, 3, 4 və 5-dir.

Kompleksin tikintisində istifadə edilən materiallar yüksək keyfiyyət standartlarına tam cavab verəcək şəkildə hazırlanmışdır. Tikintinin hər bir mərhələsi xüsusi keyfiyyət və davamlılıq testindən keçirilib, sertifikatlaşdırılıb. Binaların pəncərə sistemi alman istehsalı olan xüsusi hermetik şüşələr ilə hazırlanıb. Bu da şüşələrin qırılmazlığı və təhlükəsizliyi baxımından çox vacibdir. Qeyd edək ki, bu materiala malik şüşə sistemi yalnız bu layihəyə daxil olan binalardadır. Layihənin fərqləndirici xüsusiyyətlərindən biri də binaların xüsusi izolyasiya ilə üzlənməsidir. Bu izolyasiya ardıcıl olaraq mata, preslənmiş daş yunu, mata, tor (setka), mata, döşəmə, çöl boyası qatlarından ibarətdir. Bundan əlavə, bloklarda istifadə olunan keramoqranit Türkiyə istehsalıdır.

BCR Olimpik yaşayış kompleksinin tikintisi zamanı keyfiyyətli, dünya standartlarına cavab verən materialların istifadəsi ilə yanaşı layihənin dizaynına, hər bir detalına da xüsusi diqqətlə yanaşılıb. Binaların dizaynı, quruluşu, kompleksdəki hər bir tikilinin rəng çalarları ümumilikdə harmoniya təşkil edir və kompleksi vahid şəkildə cəlbedici edir. Zövqünüzü oxşayacaq tərzdə hazırlanmış interyer və eksteryerə malik binalar paytaxtımızın memarlıq üslubuna gözəllik qatır.


Əsas məlumatlar