Layihə haqqında

Hər zaman yüksək standartlara cavab verən layihələrin vaxtında və dəqiq icrasını başlıca hədəf qoyan “GM Construction” şirkətinin uğurla yekunlaşdırdığı növbəti dövlət sifarişli layihəsi olan Abşeron DOST Mərkəzi “Abşeron Gənclər şəhərciyi”ndə yerləşən 9 mərtəbəli yaşayış binasının qeyri-yaşayış hissəsində 4736 kvadrat metr sahəni əhatə edir.  Binanın bu hissəsi yenidən layihələndirilmiş, gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, bu prosesi qurumun 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək. 

Həmçinin mərkəz 1 giriş-nəzarət məntəqəsi, 2 geniş lift, yeməkxana, xüsusi xidmət pəncərələri, heyət üzvləri üçün iş otaqları, 2 yanğın çıxışı, 21 avtomobil tutumu olan parklanma yeri, içməli və yanğın əleyhinə 54 kub metrlik 2 su anbarı və digər resurslarla təmin olunmuşdur.

Qeyd edək ki, bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilən sayca 2-ci layihədir. Sifarişçinin digər layihəsi olan 3 saylı Bakı DOST Mərkəzi isə 19 may 2020-ci ildə tamamlanaraq təhvil verilmişdir.


Əsas məlumatlar

  • Sifarişçi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Başlama tarixi: 2020-07-21
  • Bitmə tarixi: 2021-07-13
  • Sahəsi: 4736 m²
  • Status: DÖVLƏT SİFARİŞLİ TAMAMLANMIŞ