Layihə haqqında

19 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılan 3 saylı "DOST" Mərkəzi "GM Construction" şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən layihələndirilmiş və tikintinin bütün mərhələləri uğurla başa çatdırılmışdır. Bütün keyfiyyət standartlarına uyğun şəkildə inşa olunan mərkəzdə agentliyin müvafiq xidmətləri göstərməsi və vətəndaşların rahat şəkildə qəbul edilməsi üçün hər bir şərait yaradılmışdır. 

Qeyd edək ki, bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilən yeganə layihə deyil. Sifarişçinin digər layihəsi olan Abşeron DOST Mərkəzi 14 iyul 2021-ci ildə tamamlanaraq təhvil verilmişdir.


Əsas məlumatlar

  • Sifarişçi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Başlama tarixi: 2019-06-11
  • Bitmə tarixi: 2020-05-19
  • Sahəsi: 1800 m²
  • Status: DÖVLƏT SİFARİŞLİ TAMAMLANMIŞ