Hövsan Yaşayış Kompleksi
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən Hövsan Yaşayış Kompleksi
Layihə haqqında
Mənzil
İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 23 noyabr 2020-ci il tarixində
“GM Construction” şirkəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan
qəsəbəsinin qərb hissəsində yerləşən Hövsan Yaşayış Kompleksində yaşayış
binalarının inşasına başlanılmışdır. Təcrübəli mütəxəssislərdən ibarət peşəkar
komanda ümumi sahəsi 18.81 hektar təşkil edən yaşayış kompleksində 0.98 hektar
sahədə 24, 25, 27, 28 saylı 9 mərtəbəli, 2 girişli və 23, 26 saylı 12 mərtəbəli,
1 girişli binaların inşasını bütün keyfiyyət standartlarına uyğun şəkildə davam etdirir.
Qeyd edək ki, bu şirkətin MİDA-nın sifarişi ilə həyata keçirdiyi yeganə layihə deyil. "GM Construction" Yasamal Yaşayış Kompleksi və Gəncə Yaşayış Kompleksinin tikintisində yer alan şirkətlər sırasındadır.