Yerüstü piyada keçidi
Piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.
Layihə haqqında
Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən 9 nömrəli Bakı Peşə Liseyinin qarşısındakı avtomobil yolunda piyadaların təhlükəsizliyini və hərəkətin intensivliyini təmin etmək məqsədilə inşa etdiyimiz yerüstü piyada keçidi 353.38 kvadrat metr sahəni əhatə edir. Beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.
Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90.08 metr, qalereyanın uzunluğu 57.10 metr, daxili eni 3.5 metr, keçidaltı qabariti isə 5.8 metrdir. İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarət sisteminə imkan yaradır.