Layihə haqqında

12 may 2020-ci il tarixindən etibarən “GM Construction” şirkəti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış kompleksində yaşayış binalarının inşasına start verilmişdir. Təcrübəli mütəxəssislərdən ibarət peşəkar komanda planlanan vaxt ərzində bir 9 mərtəbəli və iki 12 mərtəbəli binanın tikintisini uğurla başa çatdırmışdır.

Bu kompleksin tikintisi demoqrafik inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bu şirkətin MİDA-nın sifarişi ilə həyata keçirdiyi yeganə layihə deyil. "GM Construction" Yasamal Yaşayış Kompleksi və hazırda tikintisi davam edən Hövsan Yaşayış Kompleksinin tikintisində yer alan şirkətlər sırasındadır.


Əsas məlumatlar

  • Sifarişçi: Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
  • Başlama tarixi: 2020-05-12
  • Bitmə tarixi: 2021-07-20
  • Sahəsi: 20285 m²
  • Status: DÖVLƏT SİFARİŞLİ TAMAMLANMIŞ