PREZİDENT İLHAM ƏLİYEV YENİ İNŞA ETDİYİMİZ 87 SAYLI MƏKTƏB KOMPLEKSİNDƏ YARADILAN ŞƏRAİTLƏ YAXINDAN TANIŞ OLUB

PREZİDENT İLHAM ƏLİYEV YENİ İNŞA ETDİYİMİZ 87 SAYLI MƏKTƏB KOMPLEKSİNDƏ YARADILAN ŞƏRAİTLƏ YAXINDAN TANIŞ OLUB

Bakının Suraxanı rayonunda yeni inşa etdiyimiz 87 saylı məktəb kompleksində tikinti və təmir-bərpa işlərini uğurla tamamladıq. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu.

Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəb binasının əsaslı təmiri və yeni korpusun inşası məhz "GM Construction" şirkətinə həvalə edilmişdi.

Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.

Dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, tibb, musiqi və müəllim otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Paylaş