"GM Construction" "YAŞAT" Fonduna 50 000 AZN ianə köçürüb
“GM Construction” ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 50 000 AZN ianə köçürüb.
Hər zaman xeyriyyəçilik ənənələrinə sadiq qalan “GM Construction” şirkəti 44 günlük müharibədə şanlı Zəfər qazanaraq öz ərazi bütövlüyümüzü bərpa edən, bu qələbəni Azərbaycan xalqına yaşadan, Vətən uğrunda canlarından keçən əsgərlərin ailələrinə, eləcə də yaralı qazilərə dəstəyini heç bir zaman əsirgəmir.
Qeyd edək ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 08 Dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmışdır. Fond sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.