Layihə haqqında

Abşeron rayonunda 54 mənzildən ibarət 9 mərtəbəli yaşayış binalarının (28, 29, 30 saylı yaşayış binaları) tikintisinə 06 mart 2020 - ci il tarixində inşasına start verilmiş və 01 mart 2021 - ci il tarixində tikintisi yekunlaşmışdır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayonu ərazisində tikilən binalardakı mənzillər müasir tələblərə tam cavab verir. Mənzillərdə elektrik, su, qaz, istilik təchizatı, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.


Əsas məlumatlar