AQTA (Regional bölmə)
Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin Bakı şəhəri, Heydər Əliyev prospekti 185b ünvanında yerləşən regional bölməsi
Layihə haqqında
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri, Heydər Əliyev prospekti 185b ünvanında yerləşən regional bölməsinin interyer tərtibatını və təmirini "GM Construction" şirkəti həyata keçirmişdir. AQTA qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.