Çinar Park Biznes Mərkəzi (6-cı mərtəbə)
Çinar Park Biznes Mərkəzinin 6-cı mərtəbəsində təmir və interyer tərtibatı
Layihə haqqında
Tikinti sahəsində peşəkarlığı və öz dəst-xətti
ilə seçilən “GM Construction” təmir və rekonstruksiya işlərini də müasir
standartlara uyğun şəkildə tamamlayıb təhvil verməkdədir. "A2Z Advisors" şirkətinin
Çinar Park Biznes Mərkəzinin 6-cı mərtbəsində yerləşən ofisinin A-dan Z-yə
bütün dizayn tərtibatı və icrası məhz şirkətin ixtisaslı kadrları tərəfindən
həyata keçirilmişdir. Ümumi sahəsi 1016 m2 olan layihə bütün beynəlxalq
standartlara cavab verməklə yanaşı, xüsusi memarlıq elementləri ilə də göz
oxşayır. Otaqların dizayn tərtibatında xüsusi dekorativ daşlardan və süni
dekorativ yaşıllıqdan istifadə edilib. Tavanlarda və divarların üzlənməsində təbii
ağacdan hazırlamış dekorativ taxta örtüklərdən, işıqlandırmada isə modern led
işıq sistemlərindən istifadə edilib.