"GM Construction" Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

"GM Construction" Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

“GM Construction” MMC yeni növ koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində ianə edib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün yaradılıb.

Paylaş