PREZİDENT İLHAM ƏLİYEV PİRŞAĞI DƏMİR YOLU STANSİYASININ AÇILIŞINDA İŞTİRAK EDİB

PREZİDENT İLHAM ƏLİYEV PİRŞAĞI DƏMİR YOLU STANSİYASININ AÇILIŞINDA İŞTİRAK EDİB

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verib. Prezident görülən işləri yüksək qiymətləndirib.

Paylaş