Yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verildi

Yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında inşa edilən Yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90.08 metr, qalereyanın uzunluğu 57.10 metr, daxili eni 3.5 metr, keçidaltı qabariti isə 5.8 metrdir. İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarət sisteminə imkan yaradır.

Paylaş