"GM Construction" növbəti dövlət sifarişli layihəsini təqdim etdi
Hər zaman yüksək standartlara cavab verən layihələrin vaxtında və dəqiq icrasını başlıca hədəf qoyan “GM Construction” 14 iyul tarixində növbəti dövlət sifarişli layihəsinin - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edərək görülən işlərlə yaxından tanış olub.
Abşeron DOST Mərkəzi “Abşeron Gənclər şəhərciyi”ndə yerləşən 9 mərtəbəli yaşayış binasının qeyri-yaşayış hissəsində 4736 kvadrat metr sahəni əhatə edir. Binanın bu hissəsi yenidən layihələndirilmiş, gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron xidmətlərin göstərilməsi üçün tam şərait yaradılmışdır. Bu prosesi qurumun 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək.