"GM CONSTRUCTION" beton istehsalına başladı

"GM CONSTRUCTION" beton istehsalına başladı

Müasir tikinti sənayesində və aparılan abadlıq işlərində betonun əvəzedilməz rolu artıq hər kəsə məlumdur. Davamlı inkişaf prinsipini rəhbər tutan və tikinti sektorunda daim yeniliklərə imza atan “GM Construction” olaraq tikinti layihələrimizi daha keyfiyyətli və intensiv icra etmək üçün yeni istehsalata  – beton istehsalına başladıq.

Keyfiyyətli beton üçün ekoloji cəhətdən təhlükəsiz və yüksək standartlara uyğun xammallar seçdik. Hazır qarışdırıcısı olan müasir Elkon markalı beton zavodumuzda tələblərə uyğun davamlı beton istehsal edirik.

Avro 4 standartlarına uyğun nəqliyyat vasitələrimizlə betonu tikinti sahəsinə qədər təhlükəsiz şəkildə çatdırırıq. İstehsal prosesi zamanı təhlükəsizlik qaydalarına tam riayət olunur, çünki işçilərimizin sağlamlığı və təhlükəsizliyi bizim üçün ən vacib məsələdir.

Keyfiyyətin idarəolunması İSO standartlarına əsasən həyata keçirilir, müntəzəm şəkildə gündəlik beton nümunələri götürülür və göstəricilər təhlil edilir. Türkiyə və Avropa istehsalı olan avadanlıqla təchiz olunmuş beton laboratoriyamızda nümunələr üzərində müxtəlif sınaqlar aparılır. İstehsal etdiyimiz beton keyfiyyət göstəricilərinə əsasən AZS uyğunluq sertifikatı ilə sertifikatlaşdırılmışdır. Betonun sahəyə ötürülməsi zamanı ən səmərəli və müasir beton texnikalarından istifadə olunur.

Məqsədimiz sizin gələcəyiniz üçün etibarlı və dayanıqlı həll yolları təqdim etməkdir. Bütün bunlara əsas kapitalımız olan peşəkar mütəxəssislərimizlə birlikdə nail oluruq.

Paylaş