Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST Mərkəzinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST Mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da "GM Construction" şirkətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa etdiyi 3 saylı DOST Mərkəzinin açılışında iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Qeyd edək ki, 1800 kv. metr sahəni əhatə edən mərkəzin tikintisi 11 iyun 2019-cu il tarixində başlanmışdı. Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

Paylaş